Blinkendən Ərdoğanın İsveçlə bağlı qərarına reaksiya

09:34 - 26 Yanvar 2024 - GÜNDƏM

 Blinkendən Ərdoğanın İsveçlə bağlı qərarına reaksiya

ABŞ Dövlət katibi Entoni Blinken Ərdoğanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışlayıb.

BUTA.TV xəbər verir ki, E.Blinken bu barədə X hesabında yazıb.

“İsveçin NATO-ya üzvlüyü ratifikasiyasının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmasını alqışlayırıq. Biz sənədləri Vaşinqtonda almağı və İsveçi NATO-nun 32-ci müttəfiqi kimi qarşılamağı səbirsizliklə gözləyirik. İsveç və Alyans birlikdə daha güclüdür”, - Blinken bildirib.

Qeyd edək ki, yanvarın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdən sonra sənədi ratifikasiya edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol