İran bizə zərbə vursa, cavabını alacaq - Pakistan

10:50 - 26 Yanvar 2024 - GÜNDƏM

 İran bizə zərbə vursa, cavabını alacaq - Pakistan

Siz bizə xəncər vura bilməzsiniz, əgər buna cəhd göstərsəniz, gecikmədən lazımi cavabı alacaqsınız.

BUTA.TV xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munir deyib.

O, İranın Pakistan ərazisinə raket hücumlarına işarə edərək, buna layiqli cavab verildiyini söyləyib:

"Heç kimə Pakistanın ərazi bütövlüyü və suverenliyini pozmaq icazəsi verilməyəcək".

Qeyd edək ki, 16 yanvarda SEPAH-ın Pakistan ərazisində terrorçu saydığı "Ceyş ül-Ədl" qruplaşmasını raketlə vurması nəticəsində iki azyaşlı həlak olub. Buna cavab olaraq bir gün sonra Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib, 12 nəfər həlak olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol