Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1994-cü il yanvarın 14-də Novo-Oqarevoda amerikalı həmkarı Bill Klintonla görüşündə deyib ki, Rusiya NATO-nun genişlənməsi halında alyansa ilk qoşulan ölkə olmalıdır.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Arxivi tərəfindən məxfilikdən çıxarılan stenoqramda qeyd olunub.
“ABŞ, Rusiya və Avropa ölkələri də daxil olmaqla, beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək bir növ kartel yaratmaq lazımdır. Moskvanı Mərkəzi və Şərqi Avropanın digər ölkələri də izləməlidir”, - Yeltsin bildirib.
Stenoqramda Klintonun Rusiya liderinin təklifinə cavabı çox təmkinli görünür. O, Rusiyanın böyüklüyü mövzusuna toxunur, lakin Yeltsinin təklif etdiyi ölkələrin birləşməsi və ya dövlətin NATO-ya üzvlüyü ideyasından bəhs etmir.
ABŞ prezidenti rusiyalı həmkarına iki ölkə arasında münasibətlərdə nəzərdə tutulan kursun davam edəcəyi təqdirdə onların qarşısında açılacaq unikal imkan barədə danışıb:
“Biz Avropaya bir əsrlik sülh və ya daha çox zəmanət verə bilərik”.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir