İran hökuməti hər gün minlərlə turistin ziyarət etdiyi Tehranın Gülüstan sarayında erməni qadının qərəzli və anti-türk əsərini nümayiş etdirib.
BUTA.TV xəbər verir ki, erməni qadın çəkdiyi qərəzli xəritədə Qərbi Azərbaycan əyalətini kürd bölgəsi kimi qələmə verib və əyalətin hər bir məntəqəsində 6 nəfərin kürd geyimində rəsmini təqdim edib.
Erməni sənətçi habelə Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində naməlum geyimdə üç nəfərin rəsmini çəkib. O, Güney Azərbaycanın Zəncan, Həmədan, Qəzvin əyalətlərində və Kərəc şəhərində isə türk geyimində olan heç kəsi çəkməyib. Xəzər dənizinin də adını təhrif edərək qondarma “Mazandaran dənizi” adlandırıb.
Əsərin altında, “Bu tablo Tehranda İsfahan ermənilərinin ailəsində doğulmuş Klara Abkar adlı İran əsilli erməni qadının əsəridir”, - yazılıb.
- Sabah Bakının bu üç ərazisində qaz olmayacaq
- Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
- Prezident həmkarları ilə qolf oynadı - Fotolar
- “Vulkanın üstündə ev tikdilər, indi yatdığımız yerdə uçub tökülür” - Fotolar
- Abşeron və Qaradağ əməliyyat: saxlanılanlar var - Video
- Bu universitet bağlandı: tələbələrin aqibəti necə olacaq?
- Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
- Notarius məhkəmə zalında həbs edildi