Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbus, 2023-cü il Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi BMT-nin Baş katibi Antonio Quterreşə məktub yazıb.
BUTA.TV xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məhəmmədi Antonio Quterreşdən İran hökumətinin qadınlara qarşı cinsi ayrı-seçkilik siyasətinin beynəlxalq sənədlərdə cinayət kimi qəbul edilməsini istəyib.
“İslam Respublikası sistemli və məqsədyönlü şəkildə hökumətin bütün imkanlarında istifadə etməklə, xüsusən də qanunlar yaratmaqla qadınları özünə tabe etmək siyasətini təbliğ edir və onları insan haqlarından məhrum edir”, - Nərgiz Məhəmmədi qeyd edib.
O, belə bir vəziyyətdə təkcə qadınların deyil, bütün İran əhalisinin genişmiqyaslı ayrı-seçkiliyin dəhşətli və dözəlməz nəticələrindən əziyyət çəkdiyini bildirib.
Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
- Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
- Prezident həmkarları ilə qolf oynadı - Fotolar
- “Vulkanın üstündə ev tikdilər, indi yatdığımız yerdə uçub tökülür” - Fotolar
- Abşeron və Qaradağ əməliyyat: saxlanılanlar var - Video
- Bu universitet bağlandı: tələbələrin aqibəti necə olacaq?
- Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
- Notarius məhkəmə zalında həbs edildi
- Vyetnam musiqisini “GabalaFest”də ucaldan səslər