Bu, medianın seçki təcrübəsini daha da artıracaq - Aynur Camal

14:54 - 27 Yanvar 2024 - GÜNDƏM

 Bu, medianın seçki təcrübəsini daha da artıracaq - Aynur Camal

Fevralın 7-də keçiriləcək prezident seçkisi üzrə namizədlər üçün ödənişli və ödənişsiz təşviqat kampaniyasının şərtləri müəyyən edilib və hər bir namizədin öz proqramını ictimaiyyətə çatdırması şəffaf şəkildə təşkil edilib.

BUTA.TV xəbər verir ki, bu sözləri secki-2024.az saytına açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camal deyib.

O bildirib ki, seçkiqabağı təşviqata ümumilikdə 44 media subyektinin qoşulması namizədlər üçün geniş imkanlar yaradır:

“Budəfəki seçkilərdə ödənişli təşviqat kampaniyasına onlyan media subyektlərinin qoşulması mühüm məqamlardan biridir. Çünki bu, namizədlərə proqramlarını daha geniş auditoriyaya çatdırmaq üçün geniş şərait yaradır”.

Azərbaycan mediasının seçki prosesini işıqlandırmaq təcrübəsinin zəngin olduğunu vurğulayan Aynur Camal qeyd edib ki, budəfəki seçkilər medianın seçki təcrübəsini daha da artıracaq.

“Təşviqat prosesi namizədlərlə yanaşı, media orqanları üçün də faydalıdır. Bu, mediamızın daha bir sahə üzrə yeni təcrübələr qazanmasına, daha da peşəkarlaşmasına şərait yaradır. Medianın bu prosesdə fəaliyyəti üçün yaradılmış mühit imkanlarımızı artırır”, - deyə əməkdar jurnalist əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol