İsveçrənin Cenevrə şəhərində azərbaycanlıların etiraz aksiyası zamanı təxribata əl atılıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, aksiya zamanı İkinci Qarabağ müharibəsində ermənilər tərəfində vuruşduğunu deyən bir nəfər şəxs soydaşlarımıza qarşı münaqişəyə girməyə, erməni yalanlarını söyləməyə, ölkəmizə qarşı layiq olmayan fikirlər yaymağa cəhd göstərib. Lakin təxribatın qarşısı alınıb.
Özünü erməni kimi təqdim edən şəxsin cəhdlərinə baxmayaraq, soydaşlarımız aksiyanı dayandırmayıblar. Məqsədinə çatmayan şəxs aksiya keçirilən yeri tərk etməyə məcbur olub.
Qeyd edək ki, İsveçrədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə soydaşlarımız Millətlər Təşkilatının Cenevrə ofisinin qarşısında aksiyanı davam etdirirlər. Aksiya iştirakçılarının məqsədi Avropa ictimaiyyətinə Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etməsi üçün çağırışlar edirlər. "Mina sahəsi" adlı eksklusiv təlimlər keçirilir və sakinlərə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalanmasına dair ətraflı məlumatlar verilir, bu mövzuda əvvəlcədən jazırlanmış flayerlər paylanılır.
Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
Minalanmış Azərbaycan ərazilərini əks etdirən "Mina sahəsi" adlanan ekskluziv təlim oyununda çoxlu sayda İsveçrə sakini, həmçinin ölkəni səyahət edən turistlər iştirak ediblər.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir