Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Hərbi Əsirlərin Məsələləri üzrə Koordinasiya Qərargahı 65 ukraynalı hərbi qulluqçunun həqiqətən də yanvarın 24-də dəyişdirilməsinin planlaşdırıldığını təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
“Koordinasiya Qərargahı təsdiq edir ki, bu siyahıdan olan 65 ukraynalı müdafiəçinin yanvarın 24-nə planlaşdırılan mübadilə çərçivəsində həqiqətən də Ukraynaya qaytarılması planlaşdırılırdı”, - deyə qurum rəsmi sosial şəbəkə hesabında qeyd edib.
Qərargah həmçinin Rusiya resurslarının dərc etdiyi və İl-76 təyyarəsində ölən 65 əsirin siyahısını da təsdiqləyib. Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi siyahıdakı bəzi məlumatların yalan olduğunu və adı çəkilən hərbi əsirlərin bəzilərinin artıq Rusiya tərəfi ilə dəyişdirildiyini iddia etmişdi.
Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
Xatırladaq ki, İl-76 nəqliyyat təyyarəsi yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir