MN-dən şəhid hərbçimizlə bağlı açıqlama

12:58 - 28 Yanvar 2024 - GÜNDƏM

 MN-dən şəhid hərbçimizlə bağlı açıqlama

Azərbaycanın Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçunun ailəsinə başsağlığı verib.

Bu barədə BUTA.TV-a nazirlikdən bildirilib.

“Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərimizin səylərinə baxmayaraq şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!”, - nazirlikdən bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol