Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini Nuri Əhədov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı çəkisi 50 qrama yaxın olan marixuana, yaşadığı evdən isə bir ədəd avtomat, bir ədəd daraq və 11 ədəd patron aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən ilin əvvəlindən bugünə qədər olan müddət ərzində eyni istiqamətdə keçirilən əməliyyat tədbiri zamanı isə ümumilikdə 15 nəfər saxlanılıb. Onlardan ümumi çəkisi beş kiloqrama yaxın olan müxtəlif növ narkotik vasitələr - heroin, metamfetamin və marixuana aşkarlanıb. Həmçinin, müvafiq dövr ərzində rayon ərazisində altı oğurluq faktını törətməkdə şübhəli bilinən üç nəfər də müəyyən edilərək istintaqa cəlb olunub.
Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
Bundan əlavə, qanunsuz saxlanılan odlu silahların aşkarlanması və könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində biri yivli olmaqla 55 ədəd odlu silah da polis əməkdaşları tərəfindən təhvil götürülüb.
Faktlarla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir