Azərbaycanlılar AB-nin ofisi qarşısında aksiya keçirdilər

15:08 - 28 Yanvar 2024 - GÜNDƏM

 Azərbaycanlılar AB-nin ofisi qarşısında aksiya keçirdilər

Gürcüstanın paytaxtında "Azərbaycan Evi"nin təşəbbüsü və təşkilatçılığı ilə Avropa Birliyinin Tiflis ofisinin önündə "Ayrıseçkiliyə və ikilli standartlara son!" tələbi ilə aksiya təşkil olunub.

BUTA.TV Report-a istinadla xəbər verir ki, aksiyada "Erməni terroruna son", "Ekoloji terrora son" və digər şuarlar səsəndirilib.

"Azərbaycan Evi"nin rəhbəri Məhəbbət İmanov bildirib ki, aksiya AŞPA-nın qərəzli mövqeyinə və erməni yalanlarına son qoymaq məqsədilə təşkil edilib.

Aksiyada yüzlərlə azərbaycanlı iştirak edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol