Somali quldurları Şri-Lankada balıqçı gəmisini ələ keçiriblər.
BUTA.TV xəbər verir ki, bu barədə Şri-Lanka Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Şri-Lanka hakimiyyəti ələ keçirilən balıqçı gəmisini azad etmək üçün birgə dəniz qüvvələrindən kömək istəyib.
Qeyd edilir ki, gəmi yanvarın 27-də dəniz quldurları tərəfindən ələ keçirilib. Gəminin göyərtəsində altı nəfər olub.
Birləşmiş Dəniz Qüvvələri 40 ölkənin daxil olduğu koalisiyadır. Somali sahilləri də daxil olmaqla, gəmilərin təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar həyata keçirir. Bu qüvvələrin qərargahı Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazasında yerləşir.
- Abşeron və Qaradağ əməliyyat: saxlanılanlar var - Video
- Bu universitet bağlandı: tələbələrin aqibəti necə olacaq?
- Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
- Notarius məhkəmə zalında həbs edildi
- Vyetnam musiqisini “GabalaFest”də ucaldan səslər
- Onların pensiyası artırıldı
- Əsədovdan qərar: 3 yeni ixtisas əlavə edildi
- AZAL Qarsa ilk reysini həyata keçirdi - Foto