Ötən il ordumuz tərəfindən aparılan antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət koma vəziyyətinə düşərək şəhidlik zirvəsinə ucalan Hacıəli Qasımov dəfn olunub.
BUTA.TV xəbər verir ki, mərasimdə şəhidin yaxınları, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid hərbçimiz Tovuz rayonunda doğulub boya-başa çatdığı Qaraxanlı kəndində dəfn edilib.
Qeyd edək ki, Hacıəli Qasımov həm də Vətən müharibəsi iştirakçısı olub. O, torpaqlarımızın azad edilməsi uğrunda medallarla təltif edilib. Müharibədən sonra Xüsusi Təyinatlı Qüvvələrin nəzdində müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Sentyabrın 19-da başladılan və cəmi 24 saat yaxın davam edən lokal xarakterli antiterror tədbirləri zamanı göstərdiyi şücaətlərə görə üçüncü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə də təltif edilib.
- Abşeron və Qaradağ əməliyyat: saxlanılanlar var - Video
- Bu universitet bağlandı: tələbələrin aqibəti necə olacaq?
- Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
- Notarius məhkəmə zalında həbs edildi
- Vyetnam musiqisini “GabalaFest”də ucaldan səslər
- Onların pensiyası artırıldı
- Əsədovdan qərar: 3 yeni ixtisas əlavə edildi
- AZAL Qarsa ilk reysini həyata keçirdi - Foto