Türkiyənin daxili işlər naziri Əli Yerliqaya İstanbulda yerləşən Santa Mariya kilsəsində törədilən silahlı insidentlə bağlı mediaya açıqlama verib.
BUTA.TV xəbər verir ki, nazir hadisəni törədənlərin saxlanılması istiqamətində İstanbul Valiliyi, Polis və Kəşfiyyat təşkilatları başda olmaqla ölkənin bütün təhlükəsizlik qüvvələrinin səfərbər edildiyini deyib.
Türkiyədə müxtəlif dinlərə məxsus insanların birlik və sülh içində yaşadığını vurğulayan nazir, bu bərabərliyin heç bir qüvvə tərəfindən pozulmasına imkan verilməyəcəyini ifadə edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda ölmaqla ölkə siyasətçiləri, o cümlədən dövlət rəsmiləri törədilən bu qanlı hadisəni lənətlədiklərini ifadə ediblər.
Xatırladaq ki, bu gün İstanbulda yerləşən Santa Mariya silahlı insident baş verib.
Maskalı iki şəxs tərəfində açılan atəş nəticəsində bir nəfər ölüb.
- Abşeron və Qaradağ əməliyyat: saxlanılanlar var - Video
- Bu universitet bağlandı: tələbələrin aqibəti necə olacaq?
- Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
- Notarius məhkəmə zalında həbs edildi
- Vyetnam musiqisini “GabalaFest”də ucaldan səslər
- Onların pensiyası artırıldı
- Əsədovdan qərar: 3 yeni ixtisas əlavə edildi
- AZAL Qarsa ilk reysini həyata keçirdi - Foto