Ekoloji fəallar Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur “Mona Liza” tablosunun üzərinə şorba töküblər.
Kult.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
“Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda “Mona Liza”nı qoruyan zirehli şüşənin üzərinə şorba tökərək öz hərəkətlərini “sağlam və dayanıqlı qida hüququ”nu təbliğ etmək istəyi ilə əsaslandırıblar”, - agentliyin məlumatında deyilir.
Qeyd edək ki, ekoloji fəalların “Mona Liza”nı məhv etmə cəhdləri ilk dəfə deyil. Belə ki, 2022-ci ilin may ayında əlil arabasında olan bir nəfər qoruyucu şüşəni sındırmağa cəhd etmiş, daha sonra isə onu tortla bulamışdı.
- Abşeron və Qaradağ əməliyyat: saxlanılanlar var - Video
- Bu universitet bağlandı: tələbələrin aqibəti necə olacaq?
- Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
- Notarius məhkəmə zalında həbs edildi
- Vyetnam musiqisini “GabalaFest”də ucaldan səslər
- Onların pensiyası artırıldı
- Əsədovdan qərar: 3 yeni ixtisas əlavə edildi
- AZAL Qarsa ilk reysini həyata keçirdi - Foto