İran ordusu çətin missiya qarşısındadır – Kontr-admiral

20:36 - 28 Yanvar 2024 - GÜNDƏM

 İran ordusu çətin missiya qarşısındadır – Kontr-admiral

İran ordusu bu gün tam hazırlığın zirvəsindədir və hər cür təhdidlərə ciddi müqavimət göstərir.

BUTA.TV xəbər verir ki, bu sözləri İranın Quru Qoşunlarının koordinasiya üzrə baş komandanının müavini kontr-admiral Həbibullah Səyyari deyib.

Kontr-admiralın sözlərinə görə, İran ordusu çətin missiya qarşısındadır:

"Ərazi bütövlüyünün qorunması, ölkənin müstəqilliyi və sistemin müstəqilliyi ordu üçün üç mühüm məsələdir və onlar daima hazır vəziyyətdə olmalıdır".

O vurğulayıb ki, bu gün silahlı qüvvələrin döyüş, müdafiə və çəkindirmə imkanları yaxşı səviyyədədir və ixtisaslı kadrlar, eləcə də yerli istehsal olan yenilənmiş texnika sayəsində ordu düşmənin istənilən təhlükəsinə qarşı durmağa hazırdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol