Bir ailənin 4 üzvü qidadan zəhərləndi

22:14 - 28 Yanvar 2024 - GÜNDƏM

 Bir ailənin 4 üzvü qidadan zəhərləndi

Kürdəmir rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xırdapay kəndində qeydə alınıb.

Belə ki, ailə üzvləri konservləşdirilmiş qida istifadə etdikdən sonra özlərini pis hiss etməyə başlayıblar.

Nəticədə bir ailənin 4 üzvü - 1989-cu il təvəllüdlü Cavadova Elnarə İlqar qızı, 2014-cü il təvəllüdlü Cavadova Fatimə Zahid qızı, 1980-ci il təvəllüdlü Cavadov Zahid Durmuş oğlu və 2016-cı il təvəllüdlü Cavadov Yusif Zahid oğlu yaxınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Müayinədən sonra onların zəhərləndiyi məlum olub. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra onlar ambulator müalicəyə buraxıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol