Kalının İraqa II səfəri: Kürd və türkmanlarla görüş...

22:36 - 28 Yanvar 2024 - GÜNDƏM

 Kalının İraqa II səfəri: Kürd və türkmanlarla görüş...

Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) rəhbəri İbrahim Kalın İraq Kürd Regional Muxtariyyətinin mərkəzi Ərbil şəhərinə səfər edib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində İ.Kalın Kürd Demokratik Partiyası (KDP) başqanı Məsud Bərzani və muxtariyyətin baş naziri Məsrur Bərzani, həmçinin İraq Türkman Cəbhəsinin (İTC) rəhbəri Həsən Turan və İTC-nin Kərkük üzrə millət vəkili Ərşad Salehi ilə görüşlər keçirib.

Görüşdə regiondakı proseslər, ikitərəfli əlaqələr, PKK terrorizminə qarşı mübarizə və Türkiyənin bu məsələdə qətiyyətli mövqeyi və s. məsələlər müzakirə edilib.

Qeyd edək ki, bu, İbrahim Kalının bu həftə ərzində İraqa ikinci səfəridir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol