Ukrayna ordusu Kupyanskın 10 km-də yerləşən Sinkovka kəndi yaxınlığında rusların zirehli texnika kolonunu tələyə salaraq, darmadağın edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“Ruslar tələyə düşdülər. Öncə əsas maşına tank əleyhinə raketlə zərbə endirilib. Kolonun digər hissəsi hücumu davam etdirmək istəsə də, onlar da vurulub. İki texnika minaya düşərək məhv edilib”, - məlumatda qeyd olunub.
Ukrayna ordusunun 30-cu mexanikləşdirilmiş briqadasının 2-ci taborunun komandiri bildirib ki, onlar bütün günü bu tələni planlaşdırıblar.
“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
Rusiya Müdafiə Nazirliyi Sinkovka ətrafındakı döyüşlə bağlı məlumat verməyib. Amma rusiyalı hərbi blogerlər kənd yaxınlığındakı döyüşü kəskin tənqid edi6blər və bildiriblər ki, rusların komandanlığı pis taktika nümayiş etdirib.
- Əsədovdan qərar: 3 yeni ixtisas əlavə edildi
- AZAL Qarsa ilk reysini həyata keçirdi - Foto
- Baş nazirdən Kərim Kərimovla bağlı qərar
- Laçında kiçik təsərrüfatlara mediatur təşkil edildi
- Tiktoker Müjgan həbs edildi
- Prezidentlə xanımı Qırğızıstana getdi
- Növbəti maarifləndirmə tədbirləri Xankəndidə keçirildi
- Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır