ABŞ-ın İordaniyadakı bazasına təşkil edilən hücumdan sonra ABŞ Prezidenti Bayden hədəf olaraq İranı göstərdi. Ancaq fikrimcə, yenə cavab Suriya və İraq üzərindən veriləcək. Yəni həmişə olduğu kimi, İran və ABŞ döyüşəcək, amma zərbə Suriya ilə İraqa dəyəcək.
Bu sözləri BUTA.TV-a ABŞ-ın İordaniyadakı hərbi bazasına PUA hücumuna görə İrana verəcəyi cavab haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.
Polkovnik hücumun İsrail tərəfindən təşkil edilmə ehtimalını istisna etməyib:
“Əsas məsələ burada İsrailin işin içində olub-olmamasıdır. Yəni İsrail vaxtı uzatmaq və ABŞ-ı bölgədə müharibəyə cəlb etmək üçün Kataib Hizbullah və ya digər qruplar içərisində özünə bağlı silahlılardan istifadə edə bilər. Çünki İsrail ABŞ-ın bölgədə olmasından faydalanıb həm Qəzzanı tamamilə götürmək, həm də İrana bağlı qrupları məhv etmək istəyir. Əgər bu işin arxasından Təl-Əviv çıxsa, Vaşinqton sözlü cavabla da kifayətlənə bilər. Bütün gizli məqamların meydana çıxması üçün bir az zamana ehtiyac var. Vaşinqton özü də bölgədə hərbi varlığını artırmaq məqsədilə bunu təşkil edə bilər. Hücumun eyni anda İranı vurmaq üçün bəhanə əldə etmək, Türkiyənin əməliyyatlarına mane olmaq, ABŞ-ın Suriyadakı hərbi gücünü artırmaq və İsrailin mövqelərini yaxşılaşdırmaq məqsədi daşıdığını da düşünürəm”.
“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
Qeyd edək ki, ötən gün ABŞ-ın İordaniyadakı hərbi bazasına PUA hücumu edilib. Nəticədə 3 hərbçi həlak olub, 34 əsgər yaralanıb.
- Əsədovdan qərar: 3 yeni ixtisas əlavə edildi
- AZAL Qarsa ilk reysini həyata keçirdi - Foto
- Baş nazirdən Kərim Kərimovla bağlı qərar
- Laçında kiçik təsərrüfatlara mediatur təşkil edildi
- Tiktoker Müjgan həbs edildi
- Prezidentlə xanımı Qırğızıstana getdi
- Növbəti maarifləndirmə tədbirləri Xankəndidə keçirildi
- Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır