Zakir Həsənov Hulusi Akarla görüşdü

18:00 - 29 Yanvar 2024 - GÜNDƏM

 Zakir Həsənov Hulusi Akarla görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BUTA.TV Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qonaqları salamlayan general-polkovnik Z.Həsənov sabiq həmkarını yenidən ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir Azərbaycan və Türkiyə prezidentlərinin dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yüksələn xətlə inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb.

H.Akar isə öz növbəsində hər zaman olduğu kimi Azərbaycana bugünkü səfərindən də məmnunluq ifadə edib və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasının xüsusi əhəmiyyətə malik olduğunu bildirən deputat bu cür səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol