Ukrayna aerodromu vurdu: 3 təyyarə məhv edildi

10:34 - 1 Fevral 2024 - GÜNDƏM

 Ukrayna aerodromu vurdu: 3 təyyarə məhv edildi

Ukrayna ordusu Krıma raket zərbələri endirib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Belbek aerodromuna endirilən zərbələr nəticəsində iki ədəd Su-27, bir ədəd isə Su-30 təyyarəsi məhv edilib. Təyyarələrdən ikisi ciddi xəsarət alıb, digəri isə tamamilə sıradan çıxıb.

Bundan başqa, aerodrom və ətrafında da 12 hərbçi ölüb, daha 10 nəfər isə yaralanıb.

Krımın Qvardeyski rayonu yaxınlığındakı xüsusi təyinatlıların təlim düşərgəsi də raket hücumuna məruz qalıb. Nəticədə Rusiya Baş Kəşfiyyat İdarəsinin 9 döyüşçüsü ölüb, 7-si yaralanıb. Bir neçə zirehli texnikanın da məhv edildiyi bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol