Bakının Qaradağ və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksək təzyiqli magistral qaz kəmərinin 12-ci kilometrində aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı “Şıxov” Qazpaylayıcı Stansiyasından, “Azpetrol” və “Azərholding” ölçü qovşaqlarından qaz təchizatı dayandırılıb.
Məlumata görə, qaz təchizatı işlər başa çatanadək dayandırılıb.
"Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Cənub Yaşayış kompleksinin və Şıxov qəsəbəsinin, Səbail rayonu üzrə isə Badamdar 3-cü yaşayış sahəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb", - “Azəriqaz”dan bildirilib.
- Sabiq deputat yeni vəzifəyə təyin edildi
- 16 yaşlı qız qida zəhərlənməsindən öldü
- Gəncədə yanğın-taktiki təlim keçirildi - Video
- Dəhşətli qəzada ölən futbolçuların - Fotosu
- “Zəfər” Amerika Yay Düşərgəsi uğurla yekunlaşdı
- Cəbi Quliyevə yeni vəzifə verildi – Sərəncam
- Bayramov daha bir baş həkimi işdən çıxardı
- Qobu-Lökbatan yolunda ağır qəza: iki futbolçu öldü