Ekvadorun Rusiya texnikalarını ABŞ-a ötürmək qərarı ehtiyatsızlıq olub və kənar maraqlı tərəflərin ciddi təzyiqi ilə qəbul edilib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Tərəfdaşlarımız müqavilələrin müddəalarını, o cümlədən tədarük edilmiş əmlakdan göstərilən məqsədlər üçün istifadə etmək və Rusiyadan müvafiq razılıq almadan üçüncü tərəfə verməmək öhdəliyini yaxşı bilirlər. Vaşinqton çətin ki, Ekvadorda deyildiyi kimi, bu “metal qırıntıları” müqabilində əhəmiyyətli məbləğə müasir avadanlıq təklif etsin. Ümid edirik ki, Kito bunu dərk edir”, - o bildirib.
Qeyd edək ki, Ekvador Prezidenti Daniel Noboa ölkəsinin köhnə rus texnikasını ABŞ-a verməkdən imtina etməyəcəyini və Moskvanın mövqeyinə baxmayaraq, bunu edəcəyini bildirmişdi.
- Bədəninə sancılan dirəklə 16 kilometr yol getdi - Foto
- Yeni sağlamlıq böhranı ilə bağlı - ÜST-dən xəbərdarlıq
- FIFA futbolu nəhəng biznesə çevirmək planını açıqladı - Trampın qohumu rəhbərlik edəcək
- Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü
- Bu gün Abşeronun bu ərazilərində qaz olmayacaq
- Emin sürücüyə kömək etdi, sonra irad bildirdi - Video
- Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi
- “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”