Azərbaycanda son 1 ay ərzində (31.12.2023-31.01.2024) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 325 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 217 nəfər sağalıb. Ay ərzində analiz cavabı müsbət çıxan 21 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 834 630 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 824 089 nəfər müalicə olunaraq sağalıb, hazırda 141 aktiv xəstə var. Bu günə qədər 10 400 nəfər vəfat edib.
Məlumata görə, son bir ay ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 333, bu günə qədər isə ümumilikdə 7 748 050 test icra olunub.
- Bədəninə sancılan dirəklə 16 kilometr yol getdi - Foto
- Yeni sağlamlıq böhranı ilə bağlı - ÜST-dən xəbərdarlıq
- FIFA futbolu nəhəng biznesə çevirmək planını açıqladı - Trampın qohumu rəhbərlik edəcək
- Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü
- Bu gün Abşeronun bu ərazilərində qaz olmayacaq
- Emin sürücüyə kömək etdi, sonra irad bildirdi - Video
- Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi
- “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”