Dünya şöhrətli ukraynalı artist və Ukraynanın “Avroviziya” iştirakçısı “Andrey Danilko” ləqəbli Verka Serdyuçkanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) girişi ömürlük qadağan edilib.
BUTA.TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" nəşri məlumat yayıb.
"Andrei Danilkonun ömürlük BƏƏ-yə giriş qadağan edilib. İddialara görə, BƏƏ rəsmiləri bu qərarı sənətçinin 2022-ci ildə Dubayda korporativ tədbirdə çıxışından sonra verib", - məlumatda bildirilib.
Agentliyin məlumatına görə, qadağaya səbəb etnik ədavətin qızışdırılmasıdır.
Qeyd olunur ki, Danilko Dubayda çıxışı zamanı Ukraynanı dəstəkləyib.
- Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü
- Bu gün Abşeronun bu ərazilərində qaz olmayacaq
- Emin sürücüyə kömək etdi, sonra irad bildirdi - Video
- Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi
- “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - Video
- “Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur” - Video
- Prezident onların vəzifəsini dəyişdi