Rusiya “Uşaq Əhməd”i yaradır?

08:18 - 3 Fevral 2024 - GÜNDƏM

 Rusiya “Uşaq Əhməd”i yaradır?

Rusiya Federasiyası Dövlət Dumasının Ədalətli Rusiya Partiyasından olan deputatı Dmitri Kuznetsov “Uşaq Əhməd”in (Axmat) yaradılması ideyasını irəli sürüb.

BUTA.TV xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.

O, rusların gənc nəslinin tərbiyəsində “ləyaqətli çeçen kişilər”in iştirakını tövsiyə edib.

“Uşaq Əhməd” müharibə deyil, xalqların dostluğu və təhsil haqqında olmalıdır”, - deyən Kuznetsov pioner düşərgələrindəki tərbiyəni xatırladıb.

Kuznetsovun sözlərinə görə, “Əhməd” xüsusi təyinatlılarının komandiri Apti Alaudinov onların lazımi hazırlıq keçməsi üçün may bayramlarında toplanmağı təklif edib. Bildirib ki, proqrama “Zarnitsa” hərbi-vətənpərvərlik oyunu, eləcə də hərbçilər, alimlər və tarixçilərlə görüşlər daxil edilə bilər:

“Biz istərdik ki, uşaqlar özlərini hərbçi, bloger kimi sınasınlar və texnika ilə işləməyi öyrənsinlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol