Çin-Qırğızıstan sərhədində yenə güclü zəlzələ oldu

17:08 - 3 Fevral 2024 - GÜNDƏM

 Çin-Qırğızıstan sərhədində yenə güclü zəlzələ oldu

Çin-Qırğızıstan sərhədində 5,2 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Qırğızıstanın Seysmologiya İnstitutu məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Çində, yanvarın 23-də 7 bal gücündə güclü zəlzələnin baş verdiyi ərazinin yaxınlığında yerləşib.

Coğrafi yaxınlığa görə yer qabığındakı dalğalanmalar Qırğızıstan ərazisində də hiss olunub.

Qırğızıstanda episentrə yaxın Iştık və Bedel yaşayış məntəqələrində yeraltı təkanların intensivliyi 3,5-3 bal arasında dəyişib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol