HƏMAS-dan ABŞ-a sərt reaksiya

17:46 - 3 Fevral 2024 - GÜNDƏM

 HƏMAS-dan ABŞ-a sərt reaksiya

Biz ABŞ-ın İraq və Suriyaya hücumlarını qəti şəkildə pisləyirik.

BUTA.TV xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb.

“İki ərəb ölkəsinin suverenliyinin pozulduğu bu təhlükəli gərginliyi regionun sabitliyinə təhdid kimi görürük. ABŞ bu addımı ilə İsrail hücumlarına xidmət göstərir və Qəzza zolağında Fələstin xalqına qarşı törədilən cinayətləri ört-basdır edir. Bu hücumlar bölgədə yanğını daha “alovlandırır”. Buna görə Vaşinqton rəhbərliyi məsuliyyət daşıyır”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, ABŞ aviasiyası Suriya və İraqda müəyyən hədəflərə zərbələr endirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol