Bu gündən MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri fevralın 4-dən Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayır.
BUTA.TV xəbər verir ki, fevralın 4-6-da namizədlərin Seçki Qərargahı, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi və Milli Məclis rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
Qrupa Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan deputatlar və senatorlar daxildir.
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər missiyasına Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov rəhbərlik edəcək. Qrupun tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin rəhbərlik etdiyi Assambleyanın rəsmiləri də daxil olacaq.
Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
Fevralın 7-də MDB PA-dan olan beynəlxalq müşahidəçilər Bakıda və Azərbaycanın regionlarında seçki məntəqələrinə səfər edəcəklər. Xarici ölkələrdəki seçki məntəqələrində də monitorinqlər aparılacaq.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir