Ukrayna daha iki ölkə ilə təhlükəsizlik sazişini razılaşdırır

00:24 - 4 Fevral 2024 - GÜNDƏM

 Ukrayna daha iki ölkə ilə təhlükəsizlik sazişini razılaşdırır

Ukrayna və Fransa təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sazişi yekunlaşdırmağa daha yaxındırlar.

BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisi məlumat yayıb.

Qeyd olunur ki, Fransa nümayəndə heyətinin Kiyevə səfəri zamanı Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə dair ikitərəfli sazişin bağlanması üzrə danışıqların növbəti mərhələsi baş tutub. O cümlədən, müvafiq sazişin yekunlaşdırılmış layihəsi müzakirə edilib. Görüşdə tərəflər sənədin ayrı-ayrı elementləri üzrə mövqelərini razılaşdırıblar.

“Bizim danışıqlar aparan komandalarımız bu gün nəzərəçarpacaq irəliləyiş nümayiş etdirdilər və ikitərəfli sazişi yekunlaşdırmağa daha yaxındırlar", - məlumatda vurğulanıb.

Almaniyanın "Frankfurter Allgemeine Zeitung" agentliyi Almaniya ilə Ukrayna arasında da təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında saziş layihəsinin hazır olduğunu yazıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol