Böyük Britaniya donanmasının flaqmanı olan “Queen Elizabeth” aviadaşıyıcısı nasazlıq səbəbindən NATO-nun “Steadfast Defender 2024” təlimində iştirak edə bilməyib.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya Donanmasından məlumat verilib.
Bildirilib ki, gəmi bazar günü dənizə çıxmalı idi, lakin mütəxəssislər sağ göyərtəsindəki valın işində problem aşkarlayıblar və buna görə də aviadaşıyıcı limanda qalmalı olub.
“Queen Elizabeth”in əvəzinə, təlimlərə “Prince of Uels” aviadaşıyıcısının göndərilməsinə qərar verilib. Lakin onun təlimlərin keçiriləcəyi əraziyə çatması bir həftə çəkəcək”, - məlumatda bildirilib.
Qeyd edək ki, Steadfast Defender 2024” təlimləri fevralın 1-də başlayıb və mayın 31-nə kimi davam edəcək.
- Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü
- Bu gün Abşeronun bu ərazilərində qaz olmayacaq
- Emin sürücüyə kömək etdi, sonra irad bildirdi - Video
- Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi
- “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - Video
- “Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur” - Video
- Prezident onların vəzifəsini dəyişdi