"KamAZ" piyadanı vuraraq öldürdü

20:18 - 4 Fevral 2024 - GÜNDƏM

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. "KamAz" markalı yük maşını tərəfindən vurulan piyada ölüb.

BUTA.TV xəbər verir ki, hadisə İmişli şəhər Ə.M.Həmidov küçəsində baş verib. Eyvaz Ataşov idarə etdiyi "KamAz" markalı yük maşını ilə hərəkətdə olarkən İmişli rayonu Otuziki kənd sakini 1953-cü il təvəllüdlü Əhədov Nazim Xəmməd oğlunu vurub. Ağır xəsarətlər alan piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol