Zelenskinin bu qərarına müdaxilə etməyəcəyik - ABŞ

21:36 - 4 Fevral 2024 - GÜNDƏM

 Zelenskinin bu qərarına müdaxilə etməyəcəyik - ABŞ

ABŞ Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının mümkün vəzifəsindən uzaqlaşdırılması ilə bağlı vəziyyətə müdaxilə etməyəcək.

BUTA.TV xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"Açıq şəkildə bildirdik ki, bu xüsusi qərara müdaxilə etməyəcəyik. Bunu birbaşa Ukrayna tərəfinə bildirdik",- o bildirib.

Sallivan vurğulayıb ki, Vaşinqton kadr qərarlarını yalnız Ukrayna hakimiyyətinin məsuliyyəti hesab edir. O, həmçinin bunu Kiyev və Vladimir Zelenskinin suveren hüququ adlandırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol