Husilər hücumlarını dayandırana qədər ABŞ sanksiyalara nəzarəti ciddiləşdirməyə və iqtisadi cəhətdən təzyiqləri artırmağa davam edəcək.
BUTA.TV xəbər verir ki, bunu iranlı politoloq Əli Rza Namvər Həqiqi İranın sanksiyalardan yayınmaq məqsədilə Britaniya banklarından istifadə etməsi ilə bağlı “İran internəşnl”a verdiyi müsahibəsində bildirib.
“Sanksiyalardan müxtəlif yollarla yayınma prosesi həmişə var idi. Lakin İranın husilərə köməyindən sonra ABŞ və Britaniya hərbi yollardan başqa iqtisadi üsullarla da mübarizə aparmağa başladı. Keçən il aradaki böhranı həll etməyə və İranla ortaq məxrəcə gəlmək üçün sanksiyalarla əlaqədar çox da təzyiq göstərməməyə səy etdilər. Ancaq 7 oktyabr HƏMAS hücumu və İraqda baş verən hadisələr və regiondakı mövcud vəziyyət Qərb ölkələrini İranla daha ciddi şəkildə mübarizə aparmağa sövq etdi. Yəqin ki, Britaniya bu proseslərdən daha əvvəl xəbərdar idi, ancaq indi reaksiya verir. Məncə, husilər bu hücumlara davam etdiyi müddətdə həm iqtisadi, həm də hərbi hücumlar artacaq. ABŞ İranın neft ixrac etmək imkanına və bankçılıq fəaliyyətinə daha ciddi təzyiqlər edəcək”.
- Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü
- Bu gün Abşeronun bu ərazilərində qaz olmayacaq
- Emin sürücüyə kömək etdi, sonra irad bildirdi - Video
- Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi
- “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - Video
- “Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur” - Video
- Prezident onların vəzifəsini dəyişdi