“Amerikanin səsi” radiosunun verdiyi məlumata görə, Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi 80% artıb. Azərbaycan Dəmir Yollarının (ADY) hesabatına istinad edilən məlumatda deyilir ki, 2023-cü ildə Azərbaycan dəmir yolları ilə 18 milyon tondan çox ümumi yük, 7 milyon tona yaxın tranzit yükü daşınıb.
BUTA.TV xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli yazıb.
O bildirib ki, bu, ADY üçün yaxşı nəticədir:
“Əvvəl də xəbər var idi ki, beynəlxalq nəqliyyat bağlantısı olan Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında "Middle Corridor Multimodal Ltd” adlı birgə müəssisə yaradılıb. Bu günlərdə isə ölkələr arasında birgə tarif siyasəti təsdiqlənib – çoxdandır ki, biz buna çağırış edirdik. Vahid tarif siyasəti çox mühim addımdır, yük göndərənlər və yük alanlar üçün hər ölkə ərazisi üçün ayrıca danışmaq, müqavilə bağlamaq sərfəli olmur.
Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
Dünyada savaşın logistika və “karvan yolları” uğrunda getdiyini də nəzərə alsaq, məmləkət üçün ciddi yeni şanslar yaranır – qalır ölkənin qapılarını açmaq, qanunları, vergi-gömrük siyasətini düzəltmək, qanunun aliliyini təmin etmək. Qapalı sərhədlər, səhv vergi-gömrük, iqtisadi siyasətlə yeni yaranan fraqmental dünyada logistika mərkəzinə çevrilmək çətin olacaq - yeni yaranan fürsətlər ölkə iqtisadiyyatı üçün önəmli qapılar açır”.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir