Quba rayonunun Ərməki, Yuxarı Digah və Alış kəndləri baxımsız vəziyyətdədir.
Bu barədə kənd sakinlərinin BUTA.TV-a ünvanladıqları şikayət məktubunda qeyd olunub.
Rayon sakinləri şikayətlərində bildirirlər ki, bu kəndlər uzun illər diqqətdən kənarda qalıb və abadlaşdırılması ilə bağlı indiyədək heç bir iş görülməyib:
“Ərməki kəndinin 702, Yuxarı Digahın 721, Alış kəndinin 438 sakini var. Bu kəndlərdən Qubanın mərkəzinə ən uzaq olanı Alış kəndidir ki, burada da məsafə cəmi 12 km-dir. Təəssüf ki, bu kəndlərin yollarının bərpası ilə bağlı heç bir iş görülməyib. Olduqca yararsız vəziyyətdə olan yollardan istifadə etmək hər 3 kəndin sakinləri üçün çox çətindir. Payız və qış aylarında yollar bərbad vəziyyətdə olur. Dəfələrlə müraciət etsək də, heç bir iş görülməyib”.
Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
Sakinlərin sözlərinə görə, 4 il əvvəl Ərməki kəndinin qazlaşdırılması həyata keçirilsə də, Alış və Yuxarı Digah kəndləri hələ də qazla təmin edilməyib:
“Bu gün həmin kənd sakinləri evlərini qızdırmaq üçün ətraf meşələrdən daşıdıqları odunlardan istifadə edirlər. XXI əsrdir, amma Azərbaycanın ən çox turist qəbul edən rayonlardan birinin kəndləri hələ də qazsızdır”.
Qeyd olunub ki, 100 nəfərdən çox şagirdin təhsil aldığı Yuxarı Digah kəndində şəhid Cəlal Mustafayev adına orta məktəb məktəb binası qəzalı vəziyyətdədir.
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
- Azərbaycanın diqtəsi, yoxsa hərbi islahat? - Ermənistanda hərbi xidmət müddəti azaldılır
- Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?