Qaraçay-Çərkəz Respublikasındakı Azərbaycan diasporu sədrinin oğlu toy şənliyi zamanı dostları ilə birlikdə Çerkessk küçələrində atəş açmağa başlayıb. Nəticədə təhlükəsizlik qüvvələri “Odlar Yurdu” təşkilatında yoxlamalara başlayıb.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, bu yaxınlarda yerli Azərbaycan diasporunun rəhbəri İlham Əhmədovun oğlu Kamal Əhmədov yoldaşlarından birinin toyunu keçirib. Restoranda Azərbaycan bayraqları olan bir neçə bahalı avtomobil dayanıb, sonra onlardan 10 gənc düşüb. Onlar avtomat və tapançaları çıxarıb atəş açmağa başlayıblar.
Belə bir performansın yerli sakinləri qorxutduğu qeyd edilir. Əhmədov və onun 9 dostu həbs edilib, barələrində hüquq-mühafizə orqanlarına tabe olmama maddəsi ilə protokollar tərtib edilib. İşin materialları məhkəməyə təqdim olunub.
Hüquq-mühafizə orqanları yerli diasporun - 1700 nəfərin daxil olduğu "Odlar Yurdu" mərkəzinin fəaliyyəti ilə də maraqlanıb.
- Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi
- “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - Video
- “Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur” - Video
- Prezident onların vəzifəsini dəyişdi
- Azərbaycan vətəndaşı Monteneqroda tutularaq ekstradisiya edildi
- Magistratura imtahanının nəticələri elan olundu
- Habil Əliyevin adı bu məktəbə verildi