Fevralın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının müşahidə missiyasının rəhbəri, Dumanın Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və həmvətənlər ilə əlaqələr üzrə komitəsi sədrinin müavini Artyom Turovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Partiyadan BUTA.TV-a bildiriblər ki, görüşdə Tahir Budaqov ölkəmizdəki şəffaf və demokratik seçki mühitindən bəhs edib, bütün namizədlərə bərabər imkanların yaradıldığını vurğulayıb. YAP Sədrinin müavini partiyanın seçkilərə hazırlıq işləri barədə məlumat verib, bununla bağlı YAP-ın Tədbirlər Planında nəzərdə tutulan əsas hərəkət və tədbirlərin indiyədək vaxtında və tam şəkildə icra olunduğunu bildirib.
Nümayəndə heyətinin rəhbəri A.Turov qeyd edib ki, missiyanın apardığı ilkin müşahidələr seçkilərə hazırlıq işlərinin sistemli şəkildə həyata keçirildiyini göstərir. O, seçki qanunvericiliyinə uyğun olaraq bütün namizədlər üçün bərabər imkanların və ədalətli rəqabət mühitinin yaradılmasının təqdirəlayiq olduğunu bildirib.
Sonda Tahir Budaqov Rusiya Dövlət Dumasının müşahidə missiyasının fəaliyyətinin seçkilərlə əlaqədar təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edərək missiyanın işinə uğurlar arzulayıb.
- Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi
- “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - Video
- “Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur” - Video
- Prezident onların vəzifəsini dəyişdi
- Azərbaycan vətəndaşı Monteneqroda tutularaq ekstradisiya edildi
- Magistratura imtahanının nəticələri elan olundu
- Habil Əliyevin adı bu məktəbə verildi