Qəzada ölən gənc Vətən müharibəsi iştirakçısı imiş

23:36 - 6 Fevral 2024 - GÜNDƏM

 Qəzada ölən gənc Vətən müharibəsi iştirakçısı imiş

Yevlaxda faciəli surətdə həlak olan Tunar Məmmədovun 2020-ci ilin Vətən müharibəsi iştirakçısı, Suqovuşanı azad etmiş keçmiş hərbi qulluqçulardan biri olduğu aydınlaşıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, Tunar Habil oğlu Məmmədov fevral ayının 4-də avtomobil qəzasında həlak olub.

Həmin gün axşam onun idarə etdiyi "VAZ-21014" markalı minik avtomobili Yevlax rayonun Salahlı kəndi ərazisində avtomobil yolundan çıxaraq su kanalına düşüb. Vətən müharibəsi iştirakçısının meyiti bir gün sonra tapılaraq ailəsinə təhvil verilib.

T.Məmmədov Yevlax rayonunun Varvara kənd qəbiristanlığında torpağa tapşırılıb.

Bu xəbər hal-hazırda çox oxunur
“Rəsmi Bakı Rusiyadan üzr gözləyir”

T.Məmmədovun üç mərasimi fevralın 7-də Varvara kəndində veriləcək.

Xatırladaraq ki, Tunar Habil oğlu Məmmədov 1995-ci ilin avqust ayının 17-də Yevlax rayonunun Varvara kəndində anadan olub. Orta məktəbi doğma kəndində bitirib. Həqiqi hərbi xidmət keçəndən sonra ordu sıralarında qalıb və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edib. Vətən müharibəsinə qatılıb.

O, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərib. Bu səbəbdən Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Tunar Məmmədovun əmisi Azər Xuduş oğlu Məmmədov da hərbçi olub.

1970-ci il sentyabr ayında Yevlaxın Varvara kəndində doğulan A.Məmmədov 1995-ci ilin avqust ayının 4-də Ağdərədə şəhid olub.

Tunar Məmmədovun bibisi oğlu Ədil Ədilzadə də şəhiddir. 1995-ci ilin may ayında Varvara kəndində anadan olan Ədil Rövşən oğlu Ədilzadə Azərbaycan Ordusunun baş leytenantı idi. 2020-ci ilin 44-günlük Vətən müharibəsində, 2022-ci ilin 12-14 sentyabrında Ermənistanla sərhəddə antiterror əməliyyatlarında iştirak edən Ədil Ədilzadə 2023-cü ilin sentyabr ayının 19-da Xocavənd rayonu istiqamətində gedən lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olub. Prezident İlham Əliyevin 2023-cü ilin noyabr ayının 17-də imzaladığı sərəncamlara əsasən, Ə.Ədilzadə ərazi bütövlüyümüzün təmin olunmasında göstərdiyi şücaət və mərdliyə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol