Nigeriyada Türkiyədən alınan iki ədəd T129 "Atak" döyüş helikopterinin istifadəyə verilməsi mərasimi keçirilib.
BUTA.TV xəbər verir ki, Benue əyalətinin paytaxtı Makurdidə Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) bazasında təşkil edilən mərasimdə vitse-prezident Kaşim Şettima, müdafiə naziri Badaru Abubakar, Türkiyənin Abucadakı səfiri Hidayet Bayraktar, Nigeriya Quru Qoşunları komandanı Taoreed Laqbaca və çoxlu qonaq iştirak ediblər.
Vitse-prezident Kaşim Şettima çıxışında yeni satın alınan helikopterlərin yerləşdirilməsinin həm ölkə daxilində, həm də Qərbi Afrika bölgəsində təhlükəsizlik problemlərinin həllinə əhəmiyyətli töhfə verəcəyinə inamını ifadə edib.
Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində bir sıra terror təşkilatlarının, eləcə də silahlı dəstələrin hücumları ilə üzləşir.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı