Bu, Azərbaycanın inkişafında mühüm amil olacaq

13:22 - 7 Fevral 2024 - GÜNDƏM

 Bu, Azərbaycanın inkişafında mühüm amil olacaq

Azərbaycanda növbədənkənar prezident seçkiləri dövlətin irəliyə doğru inkişafını müəyyən edəcək.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bunu Səbail dairəsinin 7 saylı məntəqəsinə gələn Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) Baş direktoru İqor Korotçenko jurnalistlərə bildirib.

"Növbədənkənar prezident seçkiləri bu gün Azərbaycanın həyatında çox mühüm hadisədir. Bu, dövlətin irəli hərəkətinin gələcək vektorunu təyin edəcək. Sözsüz ki, bu seçkilərin azad edilmiş ərazilər də daxil olmaqla, bütün Azərbaycan ərazisində ilk dəfə keçirilməsi mühüm amildir. Düşünürəm ki, Azərbaycan seçicilərinin yüksək fəallığı vətəndaş vətənpərvərliyi, öz ölkəsi üçün məsuliyyət hissinin təzahürüdür. Bütün bunlar Azərbaycanın inkişafında və irəliləməsində mühüm amil olacaqdır. Azərbaycan xalqının bu gün etdiyi seçim taleyüklüdür və hələ uzun illər davam edəcəkdir.

Və hesab edirəm ki, biz burada beynəlxalq müşahidəçilər kimi, birinci növbədə, seçki komissiyaları üzvlərinin çox yüksək fəallığını, aydın işini, eyni zamanda, ümumilikdə Azərbaycan seçicilərinin böyük marağı və fəallığını görürük”, - o, qeyd edib.

Bu xəbər hal-hazırda çox oxunur
Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol