İran mediası prezident seçkilərindən nələr yazır?

14:50 - 7 Fevral 2024 - GÜNDƏM

 İran mediası prezident seçkilərindən nələr yazır?

İranın rəsmi və qeyri-rəsmi mediası bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri barədə materiallar dərc edirlər.

BUTA.TV xəbər verir ki, materiallarda “Fars”, “Tasnim”, “Mehr” və başqa məşhur media orqanlarının seçkilərlə bağlı tərəfsiz mövqedən çıxış edib, yalnız rəsmi statistik məlumatları paylaşmaları diqqət çəkib.

İran KİV İlham Əliyevin reytinq və nüfuzunun namizədliyini irəli sürən 6 rəqibindən fantastik dərəcədə çox olduğunu etiraf edib.

“Bakının Qarabağ bölgəsinə nəzarəti bərpa etməsindən sonra İlham Əliyevin populyarlığı pik həddə çatıb”, - Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən “Fars” xəbər agentliyi qeyd edib.

Bu xəbər hal-hazırda çox oxunur
Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto

Bununla yanaşı, işğaldan azad edilmiş bölgələrdə ilk dəfə olaraq seçki məntəqələrinin yaradılması xüsusi vurğulanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol