Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsi Avropa Şurası Parlament Assambleyasını (AŞPA) və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini dialoq və əməkdaşlığa çağırıb.
BUTA.TV xəbər verir ki, Ali Radanın Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsi bununla bağlı rəsmi müraciət qəbul edib.
Müraciətdə qeyd olunub ki, AŞPA-nın 2024-cü il qış sessiyası zamanı yaranmış vəziyyəti və Azərbaycan parlamentinin nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsini nəzərə alaraq, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin 2024-cü il 7 fevral tarixli iclasında hər iki tərəf üçün müraciət qəbul edilib.
Komitə müraciətində AŞPA-nı və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini danışıqlar prosesinə qayıtmaq və konstruktiv dialoq yolu ilə fürsət tapmağa çağırır. “Bu gün nə qədər kəskin görünsə də, hər iki tərəfi problemləri demokratiya və qanunun aliliyi prinsiplərini rəhbər tutaraq həll etməyə çağırırıq”, - deyə müraciətdə vurğulanıb.
- Prezident onların vəzifəsini dəyişdi
- Azərbaycan vətəndaşı Monteneqroda tutularaq ekstradisiya edildi
- Magistratura imtahanının nəticələri elan olundu
- Habil Əliyevin adı bu məktəbə verildi
- Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
- Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu
- “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700 müraciət daxil oldu
- 100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi