Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı Ukrayna Qəhrəmanı adına layiq görülüb.
BUTA.TV xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidentinin saytında dərc olunub.
“Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasında müstəsna şəxsi xidmətlərinə, Ukrayna xalqına fədakar qulluğuna görə general Valeri Fedoroviç Zalujnıya “Qızıl Ulduz” ordeni ilə Ukrayna Qəhrəmanı adının verilməsini qərara alıram”, - fərmanda deyilir.
Qeyd edək ki, fevralın 8-də Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı vəzifəsindən azad edib.
- ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok
- ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə
- AXCP-nin daha bir üzvü DTX-yə aparıldı
- Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır
- Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı
- Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...
- Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto
- AİB-in dəstəyi ilə layihəyə start verildi