Balakəndə tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BUTA.TV-a verilən məlumata görə, rayon ərazisində yerləşən obyektlərdə keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan şəxslər aşkar olunub. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb.
Yanvar-fevral ayları ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qeyd olunan inzibati xətaya yol verən ümumilikdə 114 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsi ilə protokol tərtib olunub.
- ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok
- ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə
- AXCP-nin daha bir üzvü DTX-yə aparıldı
- Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır
- Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı
- Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...
- Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto
- AİB-in dəstəyi ilə layihəyə start verildi