İran bizim üçün vacib tərəfdaşdır, onunla əlaqələr təkcə xalqlarımıza xeyir gətirmir, həm də bütün regionda sabitliyin və inkişafın təmin edilməsində ciddi amildir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan İran İslam İnqilabının qələbəsinin 45-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
“Ermənistan hökuməti İranın ali rəhbərliyinin Ermənistanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ilə bağlı aydın mövqeyini yüksək qiymətləndirir. Ölkələrimizin hökumətləri lazımi siyasi iradə nümayiş etdirir və siyasi əlaqələrin yüksək səviyyədə genişləndirilməsi üçün hər cür səy göstərirlər”, - o bildirib.
- Magistratura imtahanının nəticələri elan olundu
- Habil Əliyevin adı bu məktəbə verildi
- Magistraturaya qəbulun nəticələri açıqlandı
- Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
- Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu
- “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700 müraciət daxil oldu
- 100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi
- Elnur Azadxanov vəzifəsindən azad edildi