Cənubi Koreya Ukraynaya birbaşa sursat tədarük etmək qərarına gəlsə, böyük səhvə yol verəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora bildirib.
“Cənubi Koreyanı Ukraynaya birbaşa döyüş sursatı verməyə təşviq etmək üçün ona təzyiqlər edilir. Seulda belə əmlakın böyük ehtiyatları var. Ümid edirəm ki, cənubi koreyalılar təxribata boyun əyməyəcək. Bu, çox böyük səhv və nəticələri çox ağır olar”, - səfir deyib.
A.Matseqoranın sözlərinə görə, Cənubi Koreya Kiyevə birbaşa silah tədarükünü təşkil etməsə, Moskva və Seul tərəfdaşlıq münasibətlərini bərpa edə bilər.
- “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700 müraciət daxil oldu
- 100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi
- Elnur Azadxanov vəzifəsindən azad edildi
- “ADY Mobile” istifadəçilərinin sayı 500 minə çatdı
- Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?
- İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
- Prezident qəbul keçirdi - Fotolar
- "TuranBank" və ITFC arasında uğurlu əməkdaşlıq...