Moldovada demoqrafik çöküş var.
BUTA.TV xəbər verir ki, bunu Moldovanın müxalifyönümlü Şans Partiyasının sədri Aleksey Lunqu deyib.
“Hakimiyyət insanları saxlamağa, onlara və övladlarına şərait yaratmağa çalışmır. 2014-cü ildən bəri doğum səviyyəsi demək olar ki, 34 faiz azalıb. Üstəlik, bəzi bölgələrdə hər il ölənlərin sayı doğulanlardan daha çoxdur. Sakinlərin 40 faizinə qədəri ölkəni tərk edir. Nəticədə ölkə hər il təxminən 50 min insan itirir. Bəzi kəndlərdə ən yaxşı halda ildə bir uşaq doğulur! Gənclər şərait olmayan kənddə yaşamaq istəmirlər. İş yoxdur, məktəblər bağlanıb”, - Lunqu bildirib.
- Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?
- 8 qəsəbə və 4 kənddə qaz olmayacaq
- Tanınmış cərraha 9 il həbs verildi - “Opera Hotel”də tutulubmuş
- Məhkəmədən Martin Rayan barəsində qərar...
- Bakıda bu 2 avtobusun yolu dəyişdirilir
- Ağdamda başlayan yanğın bu kəndlərə də yayıldı - Video
- İranda məhbuslar 131-ci dəfə aclq aksiyası keçirdilər
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq