Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində “Birləşmiş Ərəb Əmirliklərində konsensusun əldə edilməsi: razılaşmadan hərəkətə keçmək” adlı paneldə iştirak edib.
BUTA.TV xəbər verir ki, panel barəsində məlumat COP29 un rəsmi X hesabında verilib.
Məlumatda bildirilir ki, paneldə beynəlxalq birliyi iqlim dəyişikliyini nəzarətdə saxlamağa çağırışlar edilib, bu məqsədlə tədbirlər həyata keçirməyin vacibliyi qeyd olunub.
Sözügedən paneldə COP29 un prezidenti, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP28-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və texnologiya naziri, bu ölkənin Milli Neft Şirkətinin rəhbəri Sultan Əl-Cabir, Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgieva, İordaniya Krallığının ekologiya naziri Muaviə Xalid Radayde, Banqladeşin ətraf mühit, meşə və iqlim dəyişikliyi naziri Sabir Huseyin Çoudhuri və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiel iştirak ediblər.
- ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok
- ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə
- AXCP-nin daha bir üzvü DTX-yə aparıldı
- Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır
- Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı
- Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...
- Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto
- AİB-in dəstəyi ilə layihəyə start verildi